3:17 hesabı ilə uduzan yığmamız
12.10.2011 - 11:47
3:17 hesabı ilə uduzan yığmamız
Azərbaycan milli komandası (U-19) Avropa çempionatının seçmə mərhələsinin son oyununda İtaliyadan 1 baş zəif olub. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri İtaliya ilə qarşılaşmasında 1:2 hesabı ilə uduzsa da, bu nəticə meydanda baş verənləri tam əks etdirməyib. Belə ki, apenninlilərin üstünlüyü daha böyük olub. Qapıya ümumi zərbə sayında 17:3, künc zərbələrində isə 12:1 hesabı ilə qalib gələn italiyalılar çərçivəyə də daha çox düşüb – 10:3.

Azərbaycan İtaliya
1Qollar2
3Çərçivəyə zərbələr10
0Qeyri-dəqiq zərbələr7
1Künc zərbələri12
14Qayda pozuntuları12
3Sarı vərəqələr5
1Qırmızı vərəqələr0