“Onların yoxluğu ab-havanı xeyli korladı”
12.10.2011 - 13:10
“Qəbələ” klubunun baş məşqçisi Toni Adamsın apasport.az saytına müsahibəsi
- Yığmanın oyunları ilə əlaqədar Premyer Liqamızda yaranmış ikihəftəlik fasiləni necə dəyərləndirdiniz?
- Ardıcıl üç məğlubiyyətdən sonra komandaya uzunmüddətli istirahət verdim ki, o ab-havadan uzaqlaşsınlar. Bunu məşqçilər korpusuna da aid etmək olar. Futbolçulardan fərqli olaraq, məşqçilər fərqli məkanlarda olmaq imkanı qazandılar. Çünki biz Qəbələdə hər şeyi yenidən qururuq. Onlar gördükləri yeniliklər haqda bizə məlumat verəcəklər. Aşağı yaş qruplarından ibarət yığmaların oyunlarını da nəzarətdə saxlayırıq. Mən U-21-in oyunlarını, Qarri Stivens U-19-un və əsas yığmanın oyunlarını izləyir. Perspektivli futbolçuları nəzarətdə saxlayırıq.
- Məşqlərə başlamısınızmı?
- Artıq komanda bir yerə toplaşıb. Məşqlərimizi davam etdiririk. MOİK-lə yoldaşlıq oyunu keçirdik. Təbii ki, komandaya kənardan baxmaq bizə çox vacib idi. Bundan başqa, sağlam komanda yaratmaq üçün axtarışlarımız davam edir.
- Mahir Şükürovla Viktor Mendinin yoxluğu komandaya necə təsir göstərdi?
- Mahir Şükürov və Viktor Mendinin olmamağı iki vacib oyunda məğlubiyyətlə barışmağımıza gətirib çıxardı. Onların yoxluğu ab-havanı xeyli korladı. İndi əsas vəzifəmiz əvvəlki av-havanı bərpa etmək və uğurlu nəticələr qazanmaqdır.
- Üç ardıcıl məğlubiyyətin səbəbini özünüz üçün müəyyənləşdirə bildinizmi?
- Son görüşdəki məğlubiyyətdə fərdi planda çox səhvlərə yol verdik. Belə baxanda komandamız yaxşı oyunçulardan qurulub. Veselko Trivunovic “Rəvan”la görüşdə səhvə yol verdi. Ancaq unutmayaq ki, o, Serbiya yığmasının üzvüdür. Düzdür, səhvlər müəyyən problemlər yaradır. Bu, zəif olmağımız anlamına gəlməməlidir. Qarşımıza məqsəd qoymuşuq və bunun öhdəsindən gələcəyik. Fərdi planda yaranan səhvlər müvəqqətidir və tezliklə bunu aradan qaldıracağıq. Çempionat başlayanda məqsədimizin Avropa Liqasına vəsiqə qazanmaqdan ibarət olduğunu açıqlamışdıq. Elə alındı ki, çempionatda ardıcıl iki güclü - “Neftçi”, “Xəzər Lənkəran” kimi rəqiblə qarşılaşdıq. Ancaq bu, o demək deyil ki, biz məqsədimizdən uzaqlaşmışıq. Əksinə, daha ciddi çalışırıq.
- Serje Cehua maydan etibarən heç bir rəsmi oyunlarda iştirak etmir. Belə olan halda, bu futbolçu Mendinin yoxluğundan komandaya nə dərəcədə faydalı ola biləcək?
- Cehua fərdi şəkildə məşq edirdi. O, Qətər klublarından birində baxışa olub və həmin komandanın heyətində bir neçə oyun keçirib. Biz onu yoxlayırıq. Əgər hazır olsa, meydana buraxacağıq.
- Həftəsonu “Kəpəz”lə qarşılaşacaqsınız. Ötən mövsümdə məğlub edə bilmədiyiniz rəqibiniz indi daha yaxşı formadadır. Bu matçla bağlı nə deyə bilərsiniz?
- Premyer Liqada asan rəqib yoxdur. Hətta “Sumqayıt Şəhər”lə qarşılaşmaq da çətindir. Get-gedə komandalarda hər şey yaxşılığa doğru dəyişir. “Kəpəz” güclü komandalarla oyunlarda qələbələr qazanıb. Buna baxmayaraq, biz meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Əgər Avropa Liqasına getmək istəyiriksə, bunu mütləq reallaşdırmalıyıq.
- Artıq ölkəmizdə ikinci mövsümdür ki, çalışırsınız. Ötən çempionatla indiki arasında müqayisə apara bilərsinizmi?
- “Neftçi” ötən ilki ilə müqayisədə bir qədər aşağı düşüb. Kimsə “Neftçi”ni qabaqlasa, çempion ola biləcək. “Xəzər Lənkəran”in gücləndiyini deyə bilərəm. “Qarabağ” isə tədricən əvvəlki formasını bərpa etməyə yaxındır. AZAL enişdədir, “Kəpəz” isə əksinə, yüksəlişdədir. “Rəvan” ötən ilki “Muğan”dan güclüdür. “Turan”ın isə əksinə, bir qədər zəiflədiyini deyə bilərəm.

0
0