Əsgər Abdullayevin kişi sözü
12.10.2011 - 13:26
“Turan” Azərbaycan Premyer Liqasının növbəti turunda AZAL-la ev oyununa tam heyətlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, komandadan göndəriləcəyi gözlənilən futbolçulardan Ayxan Abbasovla Aftandil Hacıyev artıq Tovuz təmsilçisinin düşərgəsindədir. Yalnız Samir Əliyev tovuzluların sıralarına qoşulmayıb.
Bu arada oktyabrın 10-da “Kəpəz”lə yoldaşlıq matçı keçirməyə razılıq verən ”Turan”ın baş məşqçisi Əsgər Abdullayevin sonradan qərarını dəyişməsi barədə xəbər vermişdik. O, heyətdə zədəli futbolçuların çoxluğunu bəhanə gətirərək, gəncəlilərlə oyuna əvəzedici komandanı gətirmək istədiyini, amma rəqib həmkarı Mehman Allahverdiyev bu təklifi qəbul etmədiyinə görə, oyun baş tutmamışdı. Bu gün məlum olub ki, “Turan”ın düşərgəsində heç bir zədəli futbolçu yoxdur. Komanda tam heyətlə məşqlərini davam etdirir. Görünür, bu da Abdullayevin növbəti “fəndi” imiş. O, əvvəlcə söz versə də, sonradan bunun üstündə durmağı bacarmayıb. Çıxış yolu kimi isə rəqibini aldatmağı və bununla da istəyinə nail olub. Bax buna deyərlər, kişi sözü!

- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0