9-cu seçmə mərhələ: Nəticələrimizdə nə dəyişib?
12.10.2011 - 14:28
Azərbaycan milli komandası tarixinin 9-cu seçmə mərhələsini başa vurdu. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə oyunları yığmamız üçün 5-ci qitə birinciliyi oldu. 5-ci cəhdi 5-ci pillədə bitirən yığmamız bir sıra rekordlara da imza ata bildi. Düzdür, bu rekordlar hətta ortabab futbol ölkələri üçün antirekorda bərabərdir. Lakin tarixi boyu ən zəiflər arasında olan yığmamızın keçmişi ilə müqayisədə ən yaxşı göstəricidir.
Qələbə sayında mütləq rekord. Yığmamız ilk dəfə seçmə mərhələni 2 qələbə ilə başa vurdu. Əvvəlki 8 tsikldən 6-da 1 qalibiyyəti olan, 2-də buna da həsrət olan millimiz üçün bu mütləq rekord oldu.
Xal sayında mütləq rekord. Arxada qalan 8 seçmə mərhələdə ən yaxşı halda 5 xal toplayan, buna 3 dəfə nail olan yığmamız nəhayət ki, 10 ildən sonra bu rəqəmi də artırdı. Belə ki, ilk dəfə 5 xal rekordu 10 il əvvəl müəyyənləşmişdi.
Qol sayında mütləq rekord. AÇ-2000 və DÇ-2010-da 6 qol vuran yığmamız həmin rekordunu 67 faiz artırmağa nail olub. Belə ki, millimiz 10 oyunda 10 qol vuraraq ilk dəfə orta məhsuldarlıqda vahidə çatıb.
Qol vurduğumuz matçların sayında mütləq rekord. Yığmamız seçmə mərhələnin yalnız 2 oyununda – Avstriya və Türkiyə ilə səfər matçlarında qol vura bilmədi. Bir tsiklin 8 matçında qol vurmaq isə zəif millimiz üçün tarixi rekorddur.
Evdə hamıya qol vurduq. Komandamız evdə keçirdiyi bütün oyunlarda qol sevinci yaşamaqla tarixinin rekorduna imza atdı. İndiyədək belə olmamışdı ki, Bakıya gələn bütün rəqiblərin qapısına qol vurulsun.
Ənənəvi “xoşbəxt rəqəm”. Bütün rekordlara baxmayaraq yığmamız 7 dəfə məğlub oldu. Xoşbəxt sayda yenilgi almaq isə millimiz üçün ənənəyə çevrilib. Komandamız artıq 5-ci dəfədir ki, mərhələni 7 yenilgi ilə başa vurur. Lakin bu heç də rekord deyil. Komandamızın tarixində 6 məğlubiyyət olan tsikldə var. Lakin həmin vaxt 10 yox, 8 oyun keçirilib.
3-cü antirekordun təkrarı. Komandamız seçmə mərhələdə kifayət qədər çox 26 qol buraxıb. Bu isə yığmanın tarixində 3-cü pis nəticədir. Bir dəfə 29, bir dəfə 28 qolla bitirdiyimiz 2 antirekorddan başqa 1 dəfə də 26 qola üzülmüşdük. İndi isə həmin 3-cü antirekordu təkrarladıq.
8 ildə sonra “sülh”sevnəzlik. Son 3 mərhələdə yığmamız 1-dən artıq heç-heçə edirdi. Lakin bu dəfə milli 8 iil əvvəlki kimi yenə “selh”sevməz göstərən komanda 1 dəfə meydanı 1 xalla tərk etdi.
Azarkeşlərimiz 36 qol gördü. Komandamızın oyunlarda azarkeşlər 36 qol gördü. Bu isə yığmamızın vurub-buraxdığı qolların cəmində mütləq rekorddur. İndiyədək bu rəqəm ən yüksək həddə 12 matç keçirdiyimiz zaman olmuşdu – 34 qol.
Tarixdə 3-cü dəfə. Komandamız tarixində 3-cü dəfə sonuncu olmayıb kimisə arxada qoydu. İndiyədək hər 2 halda Lixtenşteyni qabaqlayan yığma bu dəfə Qazaxıstana yuxarıdan aşağı baxır.
Fərqdə 4-cü nəticə. Komandamız top fərqində “-16”ya nail oldu. Bu isə heç də ən yaxşı nəticə deyil. Tariximiz ərzində 3 dəfə bundan yaxşı çıxış etmişik.
Səfər sindromu qayıtdı. Yığmamızın yenidən səfər sindromuna düşməsi isə üzücüdür. Son 2 tsikldə səfərdə xal qazanan komandamız sonuncu dəfə DÇ-2006-da bütün xallarını evdə əldə etmişdi.
3-cü dəfə eyni məşqçi ilə. Komandamız tarixində 3-cü dəfə seçmə mərhələni başladığı məşqçi ilə başa vurub. Bu mənada ilkə İqor Ponomaryov imza atmışdısa, Berti Foqts ardıcıl 2-ci dəfə buna nail oldu.

| Turnir | O | Q | H | M | T | X | Yer | Qrupda say | Baş məşqçilər |
|---|---|---|---|---|---|---|---|---|---|
| AÇ-96 | 10 | 0 | 1 | 9 | 2-29 | 1 | 6-cı | 6 komanda | Ağasəlim Mircavadov/Kazbek Tuayev |
| DÇ-98 | 8 | 1 | 0 | 7 | 3-22 | 3 | 5-ci | 5 komanda | Kazbek Tuayev/Vaqif Sadıqov |
| AÇ-2000 | 10 | 1 | 1 | 8 | 6-26 | 4 | 5-ci | 6 komanda | Vaqif Sadıqov/Əhməd Ələsgərov |
| DÇ-2002 | 10 | 1 | 2 | 7 | 4-17 | 5 | 6-cı | 6 komanda | İqor Ponomaryov |
| AÇ-2004 | 8 | 1 | 1 | 6 | 5-20 | 4 | 5-ci | 5 komanda | Vaqif Sadıqov/Əsgər Abdullayev |
| DÇ-2006 | 10 | 0 | 3 | 7 | 1-21 | 3 | 6-cı | 6 komanda | Karlos Alberto Torres (Braziliya)/Vaqif Sadıqov |
| AÇ-2008 | 12 | 1 | 2 | 9 | 6-28 | 5 | 8-ci | 8 komanda | Şahin Diniyev/Qyoko Hacıyevski (Makedoniya) |
| DÇ-2010 | 10 | 1 | 2 | 7 | 4-14 | 5 | 5-ci | 6 komanda | Berti Foqts (Almaniya) |
| AÇ-2012 | 10 | 2 | 1 | 7 | 10-26 | 7 | 5-ci | 6 komanda | Berti Foqts (Almaniya) |
0
0