Mahir Şükürov Kriştianu Ronaldo və Ueyn Runini qabaqladı
12.10.2011 - 13:58
Avro-2012-nin seçmə mərhələsinin yekunları açıqlanıb. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı müxtəlif nominasiyalarda ən yaxşıların siyahısını müəyyənləşdirib.
Seçmə mərhələnin ən yaxşı assistenti adına Almaniya yığmasının türk əsilli yarımmüdafiəçisi Məsud Özil qazanıb. İsveçli Kim Kellstromla eyni sayda 7 məhsuldar ötürmə verən Bundestimin aparıcı üzvü daha az müddətdə buna nail olduğu üçün ilk sıradadır. Belə ki, Özil 788, skandinaviyalı isə 806 dəqiqəyə 7 qola töhfə verib.
Avropanın ən yaxşı assistentləri sırasında Azərbaycan milli komandası da təmsil olunub. Belə ki, millimizin müdafiəçisi Mahir Şükürov bu göstəricidə seçmə mərhələnin 12-ci futbolçusu olub. 630 dəqiqəyə 4 qol ötürməsi verən Mahir hərəyə 3 dəfə bu mənada fərqlənənlər David Silva, Lukas Podolski, Kriştianu Ronaldo və Ueyn Runi kimi ulduzları da arxada qoyub.

0
0