Kamran Ağayev Avropanın antirekordçularından oldu
12.10.2011 - 14:15
Azərbaycan milli komandası yenicə başa çatan Avro-2012-in seçmə mərhələsinin antirekordçusu olub. Apasport.az saytının məlumatına görə, yığmamız qitə birinciliyinin final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan 51 iştirakçı arasında ən çox qol buraxan komandalardan biri oldu. Belə ki, millimiz Farer adaları kimi 26, Andorra 25 dəfə qapısında top görüb.
Düzdür, bu sırada 1-ci olan San Marino bizdən 2 dəfə də artıq qol buraxıb - 53. Seçmə mərhələ oyunlarının hamısında millimizin qapısında, yəni 900 dəqiqə əvəzedilmədən Kamran Ağayevin durduğunu nəzərə alsaq, bütün qolları o, buraxıb. Mütləq antirekordçu Ağayevin həmyaşıdı Aldo Simonçinidir. Belə ki, San Marino yığmasının 25 yaşlı qapıçısı 53 qoldan 48-i buraxıb. Farerlilər də yığmamız qədər qol buraxsa da, seçmə mərhələdə 3 qapıçıya ehtiyac duyublar.
Ötən seçmə mərhələdə ən çox qol vuran isə Hollandiya yığması olub – 37. Qrupumuzun lideri Almaniya 2-ci (34), İsveç 3-cü (31 qol) göstəriciyə imza atıb. Maraqlıdır ki, almanlar ən yaxın izləyiciləri olan Türkiyə (13) və Belçikanın (21) birgə vurduğu qolların sayı qədər fərqlənib.

0
0