Millimizə qol vurdu, Şenol Günəşdən təbrik aldı
12.10.2011 - 15:24
Millimizə qol vurdu, Şenol Günəşdən təbrik aldı
Burak Yılmazın Türkiyə yığmasının heyətində Avro-2012-in seçmə mərhələsində Azərbaycan milli komandası ilə oyunda (1:0) vurduğu qol çıxış etdiyi “Trabzonspor”da toy-bayrama çevrilib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Şenol Günəş oyundan sonra hücumçuya zəng edərək, onu təbrik edib. Bundan sevincli olan Burak çalışdırıcısına qollarını Çempionlar Liqasında da vurmağı səbirsizliklə gözlədiyini deyib. Superliqada vurduğu 7 qolla bombardir olan Yılmaz Avropanın nüfuzlu turnirində hələ debüt etməyib. Çünki cəzalı olan 26 yaşlı hücumçu yalnız növbəti həftə Moskva MOİK-i ilə səfər oyunundan sonra meydana çıxa biləcək.

Klubu da Burakı vurduğu qola görə təbik edib. Rəsmi saytda açıqlamada bildirilir: “Yılmazın bu uğurunda bir daha qürurlandıq. Bu münasibətlə Burakı təbrik edir, ona və yığmamıza pley-off oyunlarında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Burak yığmada hər 3 qolunu bu ilki seçmə mərhələ oyunlarında vurub.