“Bakı” seçimini etdi
12.10.2011 - 15:39
Azərbaycanın yubiley – XX çempionatında medalçısı olmağı hədəfə alan “Bakı” klubu seçimini edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi qış hazırlıq dövründə təlim-məşq toplanışında olacağı məkanı müəyyənləşdirib.
Vaxtilə Sloveniya və digər ölkələrdə hazırlaşan komanda bu dəfə Türkiyəyə üstünlük verəcək. Qərarla bağlı baş məşqçi Aleksandr Starkovun fikri əsas götürülüb. Ancaq hələ ki komandanın məskunlaşacağı bölgə müəyyənləşməyib.
Bu məqsədlə “Bakı”nın nümayəndəsi noyabrın ilk günlərində Antalyada səfərdə olacaq.

0
0