“Xəzər Lənkəran”ın təklifi mənə zövq verdi” - MÜSAHİBƏ
12.10.2011 - 17:18
“Xəzər Lənkəran” klubunun türkiyəli idman direktoru Cüneyt Biçərin apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran” 7 ildir fəaliyyət göstərsə də, hələ də aşağı yaş qrupundan gələn heç bir futbolçu əsas heyətin daimi üzvünə çevrilə bilməyib. Sizcə, bu vəziyyət nə vaxta kimi davam edəcək?
- Bəli, razıyam ki, aşağı yaş qrupu üzrə komandalar əsas heyət üçün baza formalaşdırmalıdır. Əsas komanda mənim üçün eləcə də, rəhbərliyim altında çalışanlar üçün çox böyük önəmlidir. İşləri məhz problemləri aradan qaldırmaq istiqamətində qurmuşuq. İndi nəticə qazanmaqdan daha çox komandalardakı yeniyetmələrin sayını artırmağa çalışırıq. Mən gəlməzdən öncə Lənkəran 90 istedad vardısa, indi bunların sayı 150-yə çatıb. Əsasən də 1993-94-cü il təvəllüdlü yeniyetmələrin əvəzedici heyətdə oynamasını təmin etmək istəyirik.
- Klub yeniyetmələrin peşəkarlaşmağı yolunda hansı məşhur futbol klubunun məktəbini əsas götürür?
- Hələ ki bizim qaydasına qoymalı olduğumuz çox şey var. Aşağı yaş qruplarının bazası olmalıdır ki, artıq bu yöndə işlər həyata keçirilməyə başlanıb. Bunlar hamısı olacaq. Bu tipli problemləri aradan qaldırdıqdan sonra rəhbərliklə müzakirə edib, sistemi müəyyənləşdirəcəyik.
- Vaxtilə “Xəzər Lənkəran”da belə bir praktika olub – istedadlı bir neçə futbolçunu bu və ya digər tanınmış türk klublarının düşərgəsinə göndərmək. Həmin işi davam etdirmək fikriniz varmı?
- Mən 5 nəfərlik məşqçi korpusu ilə çox qısa zamandır ki, burada çalışıram. Əsas məsələ futbolu yeniyetmələrə sevdirməkdir. Bilirsiniz ki, mən Türkiyədə çox klubda işləmişəm, əlaqələrim genişdir. Düzünü desəm, belə bir planım var. Amma yaxın gələcək üçün yox. Elə bir futbolçu olduğu zaman rəhbərliklə görüşüb, həmin futbolçunun hər hansı bir klubun düşərgəsinə yollanmasını təmin edəcəyik.
- Hansı klubla əməkdaşlıq etmək arzusundasınız?
- Hazırkı vəziyyətdə bunu demək istəmirəm.
- Vaxtilə elita klublarının baş məşqçisi postunu tutmusunuz. Azərbaycan Kubokunu qazandıqdan və Türkiyə Bank Asiya təmsilçisi “Altay”da məşqçilik etdikdən sonra necə oldu ki, aşağı yaş qruplarında işləməyə başladınız?
- Mən “Bakı”nın məşqçisi olmazdan öncə klubda koordinator Yüksəl Kepoğlunun köməkçisi vəzifəsində çalışırdım. Yəni bu sahədə kifayət qədər təcrübəm vardı. Düzü, “Xəzər Lənkəran”dan gələn dəvət kifayət qədər ciddi oldu. Açığı, bu mənə ayrıca bir zövq verdi. Hansı pillədə olmağına baxmayaraq, uşaqlarla işləmək hər zaman tam başqa bir işdir. “Xəzər Lənkəran”dakı durum, yəni bu müddət ərzində əsas komandada hələ də yerli futbolçunun möhkəmlənməməyi məni həyəcanlandırdı. Nəticədə bu işə razı oldum. “Xəzər Lənkəran” böyük hədəfləri olan bir komandadır. Bayaq dediyim kimi, əsas komanda bizim üçün vacib amillərdən biridir. Komanda üçün yetərli və rəqabətli baza yaratmaq üçün buradayıq.
- Klub rəhbərliyi qarşısına ilk olaraq hansı məqsədi qoyub?
- Mənim klubla 2 illik müqaviləm var. Hələ ki bu zaman kəsiyini əhatə edən vaxt ərzində danışmaq istəyirəm. Dediyim kimi, məqsəd əsas heyət üçün baza formalaşdırmaqdı. Bu iki il ərzində heç olmasa 1 nəfəri əsas heyətə göndərmək istəyirik.
- Namizəd varmı?
- İstedadlı uşaqlar çoxdur. Onları düzgün istiqamətləndirmək yolunda işlər həyata keçiririk.
- Vaxtilə çalışdığını “Bakı” klubunu və “Xəzər Lənkəran”ın Premyer Liqadakı vəziyyətini necə xarakterizə edərdiniz?
- “Xəzər Lənkəran” klubunun gördüyü işlər göz qabağındadır. Sözsüz ki, nəticə etibarı ilə deyirəm. Komandanın baş məşqçisi çox yaxşı heyət, komanda formalaşdırıb. Bəli, bu komandada vəziyyət çox əladır. “Bakı” klubu çempionatın startında sıxıntılar içində oynasa da, onlar da öz yolunu tuturlar. Sözsüz ki, indiki vəziyyətdə “Xəzər Lənkəran” hər bir komandadan üstündür, turnir cədvəlinin lideridir.

0
0