“Rəvan” “Qəbələ”ni səfərdə udursa, niyə biz də bunu etməyək?”
12.10.2011 - 17:42
“Rəvan” “Qəbələ”ni səfərdə udursa, niyə biz də bunu etməyək?”
“Yoxlama oyunu keçirmək üçün rəqib tapa bilmədiyimizə görə öz aramızda oynadıq. Sözsüz ki, bu da növbəti tura hazırlığın bir mərhələsi idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Ceyhun Sultanov deyib. İlk “altılığ”a düşmək iddiasını davam etdirən gəncəlilər Premyer Liqamızın növbəti turunda son 3 oyunda uduzan “Qəbələ”nin qonağı olacaq. Sultanov səfərə qələbə dalınca gedəcəklərini bildirib: “Sözsüz ki, səfərə 3 xal iddiası ilə çıxacağıq. 1 xal qazansaq belə, qane olmaq lazımdır. Rəqib güclüdür, öz evində yaxşı oynayır. Burada futbolçuların səviyyəsindən, maliyyə məsələsində söhbət getmir. Əgər “Rəvan” gedib səfərdə, “Qəbələ”ni məğlub edirsə, niyə bunu biz etməyək?”.

4 qol bombardirlər yarışının liderlərindən olan yarımmüdafiəçi bir neçə klubun diqqət mərkəzinə düşüb. Amma 32 yaşlı Sultanov bu barədə indidən danışmaq istəməyib: “İndi ancaq “Kəpəz”in oyunlarını düşünürəm. Hələlik heç yerə getmək fikrim yoxdur”.

Qeyd edək ki, Ceyhun karyerası ərzində "Fərid", "Neftçi", "Dinamo" (sonradan "Bakı"), "Viləş", "Xəzər Lənkəran", İranda “Maşinsazi, futzalda Bakının “Tribut” klubunun formasını geyinib.