Milli komandanın futbolçusunun avtomobili yandı
12.10.2011 - 16:03
Milli komandanın futbolçusunun avtomobili yandı
Ukrayna milli komandasının futbolçusu Artyom Milevski bədbəxt hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun hücumçunun ötən gecə avtomobili yanıb. Bu, Artyomun İvano Franko küəsindəki evinin yaxınlığında baş verib. “Maserati Quattroporte” markalı avtomobilin özünün yandığı, yoxsa bunu qəsdən edildiyini ekspertlər müəyyənləşdirəcək. Müxtəlif qiymətləndirmələrə görə, maşın 189, yaxud 256 min dollar məbləğdədir.