Dünyada 6-cı, Avropada 3-cü
12.10.2011 - 17:00
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsinin son oyunu Berti Foqts üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Türkiyə ilə görüş yığmamızın almaniyalı çalışdırıcısı üçün yubiley xarakteri daşıyıb.
Belə ki, 65 yaşlı mütəxəssis milli komandaların baş məşqçisi kimi 200-cü matçına çıxıb. Azərbaycan yığmasını 41 oyuna çıxaran Foqts Almaniyanın (1990-98) 102, Küveytin (2001-02) 10, Şotlandiyanın (2002-04) 32, Nigeriyanın (2007-08) 15 qarşılaşmasında baş məşqçi postunda olub.
Yığmada 200 oyun həddinə indiyədək yalnız 5 baş məşqçi çatmışdı. Millimizin çalışdırıcısı bu siyahıya düşən 6-cı mütəxəssis kimi dünya futbol tarixinə düşüb. Foqtsa qədər serb Bora Milutinoviç (287), çex Milan Maçala (245), braziliyalılar Karlos Alberto Parreyra (242) ilə Mario Zaqalo (204) və kolumbiyalı Françesko Maturana (203) müxtəlif yığmalarda üst-üstə 200 və ya daha artıq qarşılaşmaya çıxarmışdı. Onlardan yalnız 2-si – Milutinoviç vəMaçala avropalı olduğundan Foqts “köhnə qitə”nin 3-cü təmsilçisidir ki, yığmalarla 200-ə çatır.

0
0