Milli komandanın baş məşqçisi istefa verdi
13.10.2011 - 08:36
Milli komandanın baş məşqçisi istefa verdi
Avro-2012-nin seçmə mərhələsinin başa çatmasının ardından baş məşqçi istefalarına start verilib. Apasport.az saytının məlumatına görə, yığmadan ayrılmağa ilk qərar verənlərdən biri Litva millisinin çalışdırıcısı Raymondas Jutautas olub. 5 komandalı İ qrupunda 4-cü olan yığmanın uğursuzluqlarını öz üzərinə götürən mütəxəssis 2010-cu ilin fevralından tutduğu postu tərk edib.

Qeyd edək ki, 39 yaşlı çalışdırıcı seçmə mərhələ ərzində Azərbaycanda çıxış edən oyunçulardan Robertas Poşkus, Paulius Qribauskas və Deyvidas Çesnauskisi də yığmaya çağırmışdı.