Azərbaycan yığması almaniyalılardan da güclüdür
13.10.2011 - 08:49
Azərbaycan yığması almaniyalılardan da güclüdür
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri yerli “Viktoriya Aşaffenburq” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıblar. Millimiz bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Mahir Mədətov və Şahban Cəbrayılov fərqlənib.

Mənbə: affa.az