“Türkiyə yığmasından qisas almaq istəyirik”
13.10.2011 - 09:15
“Türkiyə yığmasından qisas almaq istəyirik”
“Pley-offda kimi rəqib istəyirəm? Əlbəttə, Türkiyə yığmasını”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xorvatiya millisinin kapitanı Dario Srna deyib.

Avro-2012-in seçmə mərhələsində qrupda 2-ci yeri tutmaqla pley-off mərhələsinə çıxan xorvatlar Türkiyə, Estoniya, Çernoqoriya, Bosniya və Herseqovina yığmalarından biri ilə görüşəcək.

Donetsk “Şaxtyor”unda da kapitan sarğısını daşıyan müdafiəçisinin sözlərinə görə, Avro-2008-in 1/4 final mərhələsində acınacaqlı uduzduqları Türkiyə yığmasından əvəz çıxmaq istəyirlər: “Son Avropa çempionatında 1/4 final mərhələsində bu komandadan oyun sonrası penaltilərlə üzücü məğlubiyyətdən aldıq. Buna görə də birmənalı olaraq Türkiyə yığmasını istəyirik. Avropa çempionatına onda uduzduğumuz rəqibi yenərək, çıxmaq istəyirik”.