“Barselona”nın baş məşqçisi: Azərbaycan çempionunun yaxşı oyunçuları var
13.10.2011 - 09:46
“Barselona”nın baş məşqçisi: Azərbaycan çempionunun yaxşı oyunçuları var
“Hələ püşkdən əvvəl səpələnmiş klublardan biri ilə düşəcəyimiz məlum idi. Biz də hər 3 variantı təhlil etmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Barselona” klubunun baş məşqçisi Mark Karmona deyib.

Təcrübəli mütəxəssis futzal üzrə UEFA kubokunun elit mərhələsinin Barselonada keçiriləcək qrupunda əsas rəqibləri olan Azərbaycan çempionu “Araz” haqda yüksək fikirdə olduğunu bildirib: “Təbii ki, heç kim İtaliya “Montesilvano”su ilə qarşılaşmaq istəməz. Bizə rəqib olacaq “Araz” isə heç də ən pis variant deyil. Azərbaycan çempionunu yaxşı tanıyıram. Əla oyun üslubları və möhtəşəm futzalçıları var. Lakin mənim bildiklərim əsasən ötən mövsümə aiddir. İndiki “Araz” haqda məlumat toplamalıyıq. Bir şey dəqiqdir ki, elit raunddakı rəqiblərimiz əsas mərhələdən daha çətin olacaq”.