Püşk atıldı: İlk rəqiblər bəllidir - YENİLƏNİB
13.10.2011 - 14:38
Bu gün Azərbaycan kubokunda 2011/12 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə sayca yubiley – XX kubok yarışına 22 yox, 21 komandanın qatılacağı məlum olub.
Belə ki, “Göyəzən” son anda turnirdə iştirakdan imtina edib. Hər halda, Qazax təmsilçisinin son illərdə belə “ənənə”yə malik olduğunu nəzərə alsaq, bu, təəccüb doğurmadı. Bununla, Premyer Liqanın 12 klubu ilə yanaşı, I divizionun 9 komandası da mübarizəyə qatılıb.
İlk mərhələdə 10 komanda 5 cüt təşkil edib. Premyer Liqa təmsilçisindən yalnız debütant “Sumqayıt Şəhər” ilk mərhələdə çıxış edəcək. Qaliblər birbaşa 1/8 finaldan başlayan 11 Premyer Liqa təmsilçisinə qoşulacaq. Ötən mövsümdə olduğu kimi, 1/4 finala kimi qaliblər 1 oyunla yekunlaşacaq. 1/4 və 1/2 final mərhələləri isə 2 oyundan ibarət olacaq.
Kubokda ilk dəfə ötən mövsüm (1/4 finalda) görüşən “Neftçi” ilə “Xəzər Lənkəran” yenə də finalda üzləşə bilməyəcəklər. “Böyük oyun”un iştirakçılarının bu dəfə yarımfinalda yolları kəsişir. Ötən mövsümün finalçısı olan “Xəzər Lənkəran”la “İnter” isə artıq 1/4 finalda rəqib olacaqlar.
Qeyd edək ki, “Xəzər Lənkəran” ötən mövsüm “İnter”i oyun sonrası penaltilər seriyasında yenərək, turnirin qalibi oldu.
XX Azərbaycan kuboku
1/16 final mərhələsi
26 oktyabr
1. "Şahdağ" - "Muğan"
2. "Tərəqqi" - "Neftçala"
3. "Lokomotiv" - "Sumqayıt Şəhər"
4. "Şuşa" - "Qaradağ Lökbatan"
5. "Bakılı" - "Karvan"
1/8 final mərhələsi
30 noyabr
6. “Bakı” – “Rəvan”
7. AZAL – 1-ci cütün qalibi
8. “Qəbələ” – 2-ci cütün qalibi
9. “Qarabağ” – 3-cü cütün qalibi
10. “İnter” – “Turan”
11. “Xəzər Lənkəran” – 4-cü cütün qalibi
12. “Kəpəz” – 5-ci cütün qalibi
13. “Simurq” – “Neftçi”
1/4 final mərhələsi
7-8 - 13-14 mart 2012-ci il
I. 6-7-ci cütün qalibi
II. 8-9-ci cütün qalibi
III. 10-11-ci cütün qalibi
IV. 12-13-cü cütün qalibi
Yarımfinal mərhələsi
18-25 aprel
I – II
III – IV
Final
17 may

0
0