Türkiyənin bəxtinə Xorvatiya çıxdı - YENİLƏNİB
13.10.2011 - 15:10
2012-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda keçiriləcək pley-off oyunlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin bəxtinə Xorvatiya yığması düşüb.
Bu komandalar Avro-2008-in 1/4 final mərhələsində görüşmüş və onda “ay-ulduzlular” oyun sonrası penaltilər seriyasında qalib gəlmişdi. Püşkə əsasən Türkiyə ilk oyunu öz meydanında keçirəcək.
Bosniya və Herseqovina ilə Portuqaliya DÇ-2010-da olduğu kimi, yenə də pley-offda görüşəcəklər. Bosniyalılar 2 il öncə uduzduğundan, bunun əvəzini çıxmaq imkanı qazansalar da, rəqibin güclü olması işini çətinləşdirir.
Postsovet məkanının pley-offda yeganə təmsilçisi Estoniya yığması ardıcıl 2-ci dəfə bu mərhələdə iştirak edən, DÇ-2010-dan haqsızlıq üzündən kənarda qalan İrlandiya millisinə rəqib oldu. İlk dəfə mötəbər turnirlərin final mərhələsinə düşmək imkanı qazanan Çernoqoriyanın Çexiya ilə mübarizəsində şanslarını bərabər saymaq olar.
Pley-off mərhələsinin cütləri
Türkiyə - Xorvatiya
Estoniya - İrlandiya
Çexiya - Çernoqoriya
Bosniya - Herseqovina - Portuqaliya
Qeyd edək ki, pley-off oyunları noyabrın 11-12-də və 15-də keçiriləcək.

0
0