Rəqibimiz qarşısına çıxanı “əzir”
13.10.2011 - 11:49
Azərbaycan çempionu “Araz”ın futzal üzrə UEFA kubokunun elit raundunda rəqibi olan İspaniya “Barselona”sı növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi ölkə çempionatının 6-cı turunda da inamlı qələbə qazanıb. Ortabab “Benikarlo”nun qonağı olan rəqibimiz 5:1 hesabına sevinib. Ardıcıl 6-cı qələbəsini qazanan “Barselona”nın qollarını Vilde (4-cü dəqiqə), Lozano (9), Ari Santos (13), Fernandao (24) və İqor (30) vurublar.
Qeyd edək ki, 6 turdan sonra 100 faizlik nəticə ilə liderlik edən “Barselona” 30 qol vuraraq 8-ni buraxıb.
Qeyd edək ki, 6 turdan sonra 100 faizlik nəticə ilə liderlik edən “Barselona” 30 qol vuraraq 8-ni buraxıb.
0
0