Arda Turan millimizlə oyunda zədələnib
13.10.2011 - 12:48
Türkiyə yığmasının futbolçusu Arda Turan millimizlə oyunda zədələnib. Apasport.az saytının məlumatına görə, gənc futbolçu İstanbulda tibbi müayinədən keçib. Onun 2 həftə yaşıl meydandan kənarda qalacağı məlum olub. Bu səbəbdən Arda Madrid “Atletiko”sunun heyətində həftəsonu İspaniya Primerosunda “Qranada”, gələn cümə axşamı Avroliqada İtaliyanın “Udineze” klubu ilə oyunu buraxacaq.
0
0