Kosta-Rika mətbuatı “Bakı”nın hücumçusunu təriflədi
13.10.2011 - 13:13
Kosta-Rika mətbuatı “Bakı”nın hücumçusunu təriflədi
“Bakı” klubunun futbolçusu Uinston Parksın Kosta-Rika milli komandasında keçirdiyi son oyunu yüksək qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu Braziliya ilə yoldaşlıq görüşündə xoş təsir bağışlayıb.

Belə ki, yığmanın son oyununu hələ də təhlil edən Kosta-Rika mətbuatı 0:1 hesablı məğlubiyyət fonunda müsbət məqamlar da tapıb. Elə Parksın oyunu da həmkarlarımızı sevindirən məqamlardandır: “Uinston Parksın rəqabətə hazır səviyyədə olduğu göründü. Bu, qarşıdakı matçlarda da öz faydasını verə bilər”.

Qeyd edək ki, bu ilin yayından “Bakı”nın şərəfini qoruyur.