Mirça Rednik: Lənkəranda belə şərait yoxdur - MÜSAHİBƏ
13.10.2011 - 13:30
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednikin apasport.az saytına müsahibəsi
- Premyer Liqada yaranmış 2 həftəlik fasilədən necə istifadə etdiniz?
- İlk 5 günü Lənkəranda hazırlaşdıq. Daha sonra Bakı 3 günlük toplanış keçirdik. Oktyabrın 11-dən etibarən məşqlərimizi Lənkəranda – öz stadionumuzda reallaşdırırıq. “Simurq”la görüşə ciddi hazırlaşırıq.
- Artıq 8 tur arxada qalıb. Komandanızın çıxışını necə dəyərləndirirsiniz?
- Əlbəttə, hazırda turnir cədvəlinə başçılıq ediriksə, komandamın çıxışından narazı qala bilmərəm. Çempionatda yaranmış belə qısa fasilələrin işimizə yaradığını söyləyə bilərəm. Çünki heyətimizə gec qoşulan futbolçular var idi. Onların adaptasiya olması baxımından bu cür fasilələr lehimizdədir.
- Hesabat turunadək yalnız “Xəzər Lənkəran” uduzmamışdı. Ancaq komandanız da yenilgi acısı yaşadı...
- Bu nəticəni gözləmirdim. Fikir verdinizsə, Bakıda “Rəvan”la keçirdiyimiz oyunda da xal itirdik. Həmin matçda 1:1 hesabı qeydə alınmışdı. “İnter”lə dueldə isə məğlubiyyətlə barışdıq. Burada süni qazon amilinə diqqət yetirmək lazımdır. Düzdür, bunu deməklə, məsuliyyətimi azaltmaq istəmirəm. Ancaq oyun öncəsi təbii ot örtüyündən süniyə keçmək və bir gün belə meydançada məşq edib oyuna çıxmaq, problem yaradır. Biz qazonu dəyişəndə süni örtükdə cəmi 1-2 gün hazırlıq keçirik. Bu, bizə bəs eləmir. Komandamız təbii örtüyə öyrəşib. Oyun planında “İnter” bizdən heç də üstün deyildi. Onların bir qol şansı oldu, hesabı açdılar. Ancaq yaxşı qol vurduqlarını etiraf edə bilərəm.
- Turlar arası təxminən 1 həftəyə yaxın vaxt olur. Növbəti rəqiblə hansı meydanda qarşılaşacağınızı da əvvəlcədən bilirsiniz. Belə olan halda, məşq prosesini oyunun keçiriləcəyi meydanın örtüyünə uyğun məkanda keçmək olmazmı?
- Bakıda olsaq, bu mümkündür. Lənkəranda isə belə şərait yoxdur. Əslində, futbolçular belə dəyişikliyə tez öyrəşməlidirlər. Lakin bir oyuna görə bir həftə süni örtükdə məşq etmək də düzgün olmaz. Bu futbolçuların daha tez zədələnməsinə, onlarda ağrıların əmələ gəlməsinə səbəb ola bilər. “Şəfa”dakı süni örtüyün keyfiyyəti də çox aşağıdır. Məsləhətdir ki, 1-2 gün əvvəl belə yerdə məşq edək. Bununla özümə bəraət qazandırmaq istəmirəm.
- Yığmamızın oyunlarını izləyə bildinizmi? “Xəzər Lənkəran”ın yığmadakı futbolçularının çıxışı sizi qane etdimi?
- Fasilədən istifadə edib, Rumıniyaya getmişdim. Rumıniya – Belarus oyununda olduğum üçün Azərbaycan millisinin Avstriya ilə oyununa baxa bilmədim. Yalnız oyunun epizodlarını görmüşəm. Odur ki, futbolçularımız barəsində bir söz deyə bilmərəm. Türkiyə ilə matça gəldikdə, komanda ümumilikdə zəif çıxış etdi. Sözün düzü, Belçika ilə heç-heçə, Qazaxıstanla oyunda qazanılan qələbədən sonra bu cür nəticə məni təəccübləndirdi.
- Bazar günü “Simurq”la qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsiniz?
- “Simurq”u cari mövsümün müəyyən mənada sürpriz komandası adlandırmaq olar. Komanda maraqlı nəticələrlə yadda qalıb. “Turan”la oyunun bir hissəsini izləmişəm. Yaxşı təşkilatlanmış komandadır. Lənkəranda 10 minə yaxın azarkeş və təbii örtüklü meydança istənilən rəqibə maksimum dərəcədə öz oyununu ortaya qoymağa imkan verir. Mənim üçün hansı rəqiblə qarşılaşacağımızın fərqi yoxdur. Maksimum dərəcədə oyuna hazırlaşacağıq və məqsədimiz qələbə qazanmaqdır. Mövsümü çempion kimi başa vurmalıyıq.
- Hazırda çempionatda qəribə mənzərə yaranıb. Aşağı pillələrdə məskunlaşan komandalar çempionluğa oynayanlardan xal və ya xallar alır. Bu hardasa belə düşünməyə əsas verirmi ki, ötənilki güclü komandalarımızın səviyyəsi müəyyən qədər aşağı düşüb?
- Çempionatın səviyyəsinin düşməsinə inanmıram. Sadəcə, aşağı pillələrdə qərarlaşmış komandalar yayda yaxşı futbolçular transfer etdilər.
- Dediz ki, məqsədiniz çempion olmaqdır. Hazırkı heyət bunun üçün yetərlidirmi, yoxsa qışda yeni futbolçular transfer edəcəksinizmi?
- Hazırkı heyətdən çox razıyam və məqsədimizə çatmaq üçün potensialımız var. Hansı mövqeyə ehtiyac yaransa, oranı gücləndirəcəyik. Ancaq heç kim düşünməsin ki, ötən qışdakı kimi yenə 10 futbolçu alacağıq. Manuel Skarlatakenin qayıdacağına inanırıq. Onunla danışmışıq və ortaq məxrəcə gəlmişik. Həmin müdafiəçinin geri dönməsi planımızdadır.

0
0