“Oğlum Azərbaycana vurduğu qolla məni çox sevindirdi”
13.10.2011 - 13:46
“Yığmamızın Azərbaycanla oyununu çox həyəcanla izlədim. Həmin görüşdə oğlum Burakın uğuru önəmli deyildi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Ərciyyəspor” klubunun baş məşqçisi Fikrət Yılmaz deyib.
“Ay-ulduzlular”ın futbolçusu Burak Yılmazın atası olan mütəxəssis oğlunun Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığması ilə ev oyununda uğurlu çıxışına sevinir. Türklər məhz Burakın vurduğu yeganə qolla qalib gələrək, pley-offa vəsiqə qazandılar.
Ata Yılmaz oğlunun səviyyəsindən məmnun olduğunu və uğurunun davamının gəlməyini gözləyir: “Oyunu izləyərkən yaşadığım hissləri anlatmaq qeyri-mümkündür. Bunu yaşamaq lazımdır. Oğlumla qürur duyuram. Ata kimi həyəcanlanmamaq mümkün deyil. Hər ata oğlu ilə fəxr edir. Burak məni və ailəmi çox xoşbəxt etdi. İnsan bir qol atarsa, bir daha, bir daha vurmağını arzu edir. Milli komandamız pley-off qatıldı. İnşallah, uğurların davamını gözləyirik. Oğlum gözəl işlər görür və bu, məni sevindirir. Allah ona sağlıq versin”.
Çalışdırıcı Buraka meydanda mübarizə apararkən, atasını belə tanımamağı, matça konsentrasiya olmağın vacibliyini, baş məşqçilərə qarşı hörmətlə davranmağı məsləhət görür: “Burakın istedadı var. İnşallah, bunu artırıb, daha çox işlər görər. Hələ yolun başındadır. Daha görəcəyi işlər çoxdur”.
Qeyd edək ki, Fikrət Yılmaz “Ərciyyəspor”da yığmamızın futbolçusu Amit Quluzadənin baş məşqçisidir.

0
0