Azərbaycan millisi Slovakiya yığmasına nümunə oldu
13.10.2011 - 14:37
Azərbaycan millisi Slovakiya yığmasına nümunə oldu
Slovakiya milli komandasının Avro-2012-nin seçmə mərhələsindəki uğursuz çıxışı bu ölkədə ciddi müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, həmkarlarımız baş məşqçi Vladimir Vayssın yetirmələrinin B qrupunda 4-cü olması ilə heç cür barışa bilmir.

Slovakiyalılar Rusiya, İrlandiya, Ermənistandan geri qalan millilərinin əsas problemini də tapıb üzə çıxarıb: “Ən böyük dərdimiz hücumların sonluğunun gəlməməsi idi. 10 görüşdə komandamız cəmi 7 qol vurdu. Bu, Albaniya, Kipr, Gürcüstan millilərinin vurduğu qədərdir. Azərbaycan millisi də bizimkilərlə müqayisədə daha çox – 10 dəfə qol sevinci yaşadı”.

Qeyd edək ki, millimiz qol sayında seçmə mərhələnin 51 komandası arasında 29-cu pillədə qərarlaşıb.