“Azərbaycanla oyundan öncə alkoqol qəbul etdim”
13.10.2011 - 14:51
“Azərbaycanla oyundan öncə alkoqol qəbul etdim”
Şimali İrlandiya millisinin sabiq futbolçusu Jeff Uitley karyerasının erkən başa vurmasının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, uzun illər “Mançester Siti”də oynamış yarımmüdafiəçi zərərli vərdişlərin onu karyerasına zərbə vurduğunu bildirib.

Jeff gözlənilməz açıqlamasında Azərbaycan yığmasının da adını çəkib. DÇ-2014-ün seçmə mərhələsində millimiz bir qrupa düşən şimali irlandiyalıların futbolçusu bizimlə görüşdən öncə spirtli içkidən istifadə edib: “2005-ci ildə yığmamızın Azərbaycan və İngiltərə ilə matçlarından öncə komanda yoldaşım Fil Mulrinlə alkoqol qəbul etdik. Narkotikə başlamağım isə “Sanderlend”ə transferimin ardından gerçəkləşdi. Kokaini daha çox sərxoş olmaq üçün istifadə edirdim. Bu zaman daha çox kokain alırdım və bu, mənə 2-3 gün yetirdi. “Kardiff”də oynadığım zamanı isə narkotikə alışqanlı idim və buna görə də menecerimiz Deyv Jons mənə artıq komandaya gəlməyinə gərək olmadığını, ancaq “biz sənə də yenə pul ödəyərik” dedi”.

Qeyd edək ki, 1996-2005-ci illər “Mançester Siti”də oynayan Uitley karyerasını ötən il “Norviç”də bitirib.