Milli komandamızın üzvü A seriyasında debüt etdi
13.10.2011 - 15:46
Milli komandamızın üzvü A seriyasında debüt etdi
Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenko İtaliya A seriyasında debüt edib. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”dən “Kariparma Siqrade”yə transfer olunan blokçumuzun ilk oyununda yeni komandası məğlub olub.

Belə ki, evdə “Urbino” ilə qarşılaşan Kovalenkonun klubu 1:3 (25:19, 19:25, 19:25, 19:25) hesabı ilə uduzub. Lakin millimizin aparıcı voleybolçularından hesab olunan Kseniya rəqibdən 7 xal almağı bacarıb.

Müqayisə üçün bildirək ki, “Kariparma Siqrade”nın ən çox xal toplayan Konti Andrea Karolina 11 dəqiq zərbəyə sevinib.

Qeyd edək ki, “Kariparma Siqrade” II turda “Yamamay”la qarşılaşacaq.