“Azərbaycanla görüşümüz daha çox stressli idi”
13.10.2011 - 17:00
“Pley-offda rəqib önəmli deyil. Avropa çempionatının final mərhələsinə düşmək şansımız yüksəkdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının prezidentinin müşaviri Göksəl Gümüşdağ deyib.
Türkiyə yığması pley-off mərhələsinin püşkünün nəticəsinə əsasən Xorvatiya millisi ilə düşüb.
Avro-2012-in finalına çıxmaq şansının çox yüksək olduğunu düşünən Gümüşdağ buna nail olmağı yığması üçün çox vacib sayır: “Gərək həm ölkə daxilində, həm də xaricində oynayan futbolçularımız 1 ayda psixoloji və fiziki olaraq daha yaxşı hazırlansınlar. Qrupda sonda Almaniya və Azərbaycanla çox önəmli matçlar keçirdik. Almanlar həqiqətən yüksək səviyyədədirlər. Bu il Türkiyə liqalarında xüsusi bir vəziyyət vardı. Futbolda işlərimiz çətin keçir. Bu vəziyyət istər-istəməz klublar, futbolçular və baş məşqçilərə təsir etdi. Liqalar 1 ay gec başladı. Bu üzdən kondisiyalı və psixoloji cəhətdən yaxşı hazırlaşmadıq. Türkiyə Almaniya ilə yarımfinalda oynamış komandadır. Budəfəki görüşümüz çox yaxşı nəticə ilə bitə bilərdi. Ancaq Azərbaycanla matçımız daha çox stressli idi. Önəmli olan 2 matçın sonunda pley-off biletini almaq idi”.

0
0