Oğuz çətin püşkü dəyərləndirdi
13.10.2011 - 17:05
Oğuz çətin püşkü dəyərləndirdi
“Pley-offda oyun tərzi bizə oxşar komanda ilə görüşəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin məşqçisi Oğuz Çətin deyib.

Avro-2012-in pley-off mərhələsində püşkün nəticəsini dəyərləndirən çalışdırıcı Xorvatiya yığmasını özlərinə münasib rəqib sayır: “Liqamızda bu ayın sonuna kimi sıx təqvim var. Böyük ehtimalla, milli komandamızı noyabrın 6-da – bazar gününü təlim-məşq toplanışına yığacağıq. İlk oyunumuzu noyabrın 11-də keçirmək üçün xorvat həmkarlarımızla görüşəcəyik. İkinci oyunu səfərdə keçirməyimiz əleyhimizə görünə bilər. Amma biz belə düşünmürük. İlk görüşdə alınacaq nəticə əhəmiyyətli rol oynayacaq. Biz də oyun strategiyamızı bu duruma görə quracağıq”.

Qeyd edək ki, ilk oyunlar noyabrın 11-12-də, cavab matçları 15-də keçiriləcək.