14 Afrika yığması Bakıya can atır
13.10.2011 - 23:00
14 Afrika yığması Bakıya can atır
2012-ci ildə Bakıda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, mundiala 3 vəsiqə uğrunda 14 komanda mübarizə aparacaq.

Belə ki, yalnız bu sayda komanda planetin ən güclüsü olmaq iddiası ilə paytaxtımıza gəlmək niyyətindədir. Bu 14 komanda 3 xoşbəxti 3 - 1 təsnifat və 2 seçmə mərhələdə müəyyənləşdirəcək.

Təsnifat mərhələsi (25-27 noyabr – 9-11 dekabr 2011)

Keniya – Mozambik

I seçmə mərhələ (20-22 fevral, 03-05 fevral 2012)

1. Botsvana – Zambiya
2. Təsnifat mərhələsinin qalibi – Nigeriya
3. Qambiya – Syerra-leone
4. Qvineya - Tunis
5. Namibiya - CAR
6. Kamerun - Qana

II seçmə mərhələ (9-11 mart, 23-25 mart 2012)

1-ci cütün qalibi – 2-ci cütün qalibi
3-cü cütün qalibi – 4-cü cütün qalibi
5-ci cütün qalibi – 6-cı cütün qalibi