Kamal Quliyev: Keçilməz rəqib yoxdur
13.10.2011 - 18:15
Kamal Quliyev: Keçilməz rəqib yoxdur
“Bu yaxınlarda Premyer Liqa çərçivəsində “Simurq”la qarşılaşdıq. Rəqibin fərqi yoxdur, hər oyuna düzgün hazırlaşıb, qələbə əzmi ilə çıxırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun məşqçisi Kamal Quliyev deyib.

Bu gün ölkə kubokunun püşkatma mərasimi keçirilib. Son ölkə çempionu “Neftçi” “Simurq”la Zaqatalada qarşılaşacaq. Artıq cari mövsümdə bir dəfə üz-üzə gələn tərəflərin mübarizəsindən paytaxt təmsilçisi qalib ayrılıb. Məşqçi analoji nəticəni bu dəfə də təkrarlamaq istədiklərini deyib.

O, “Simurq”un düşə biləcək I divizion təmsilçiləri ilə müqayisədə daha çətin rəqib olduğunu qeyd edib: “Simurq” I divizion təmsilçiləri arasında rəqibimiz ola biləcək komandalardan güclüdürlər. İndi onlar çalışacaqlar ki, Premyer Liqadakı məğlubiyyətin əvəzini çıxsınlar. İnşallah birinci oyunun öhdəsindən layiqincə gələcəyik”.

Zaqatala təmsilçisinin müdafiəyə meylli futbol sərgiləməsinə də toxunan mütəxəssis qol vurmaq üçün imkan tapacaqlarını vurğulayıb: “Simurq” müdafiəyəmeyilli futbol sərgiləsə də, 90 dəqiqə ərzində biz ən azı bir fürsət yaxalayıb, onu qola çevirəcəyik. Keçilməz rəqib yoxdur”.