“Neftçi” – “İnter” görüşünün hakimi bəlli oldu
13.10.2011 - 18:01
“Neftçi” – “İnter” görüşünün hakimi bəlli oldu
Premyer Liqanın IX turuna hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu olan “Neftçi” – “İnter” görüşünü Elçin Məmmədov idarə edəcək. FİFA referilərimizdən yalnız Anar Salmanov baş hakim kimi təyinat alıb. Fariz Yusifovla Vüsal Əliyev növbəti turda ehtiyat hakim funksiyasını icra edəcəklər.

15 oktyabr

15:00. "Turan" - AZAL
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Knyaz Əmiraslanov, Fariz Yusifov
Tovuz. Şəhər stadionu

16 oktyabr

15:00. "Sumqayıt Şəhər" - "Bakı"
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Orxan Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

15:00. "Qəbələ" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Vaqif Musayev, Vüsal Əliyev
Qəbələ. Şəhər stadionu

15:30. "Neftçi" - "İnter"
Hakimlər: Elçin Məmmədov, İlham Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

17:00. "Rəvan" - "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ceyhun Haşımov
Bakı. "Dalğa Arena" stadionu

17:30. "Xəzər Lənkəran" - "Simurq"
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu