“Gəlin, yığmanızın oyununa kölgə salmayaq”
13.10.2011 - 23:19
Müsahibimiz Türkiyə millisi və “Qalatasaray”ın keçmiş kapitanı, 2 il öncə “Bakı”dan ayrılan Bülənt Korkmazdı. İki qardaş ölkənin əsas komandasını İstanbulda üz-üzə gətirən qarşılaşmadan sonra ötənlərin tanınmış müdafiəçisi ilə danışmaq yerinə düşərdi. Həm bu matç, həm də özüylə bağlı. Bülənt bəy öncə “Türk Telekom”dakı oyun barədə fikirlərini söylədi.
- Bizim komandanın qələbə qazanması lazım idi. Azərbaycan futbolçuları da özlərini göstərməyə çalışdılar. Bir komanda hücum edirdisə, digəri müdafiə olunurdu. Azərbaycan nəticə əldə etmək üçün çalışdı. Türkiyə qol vurandan sonra da sizinkilər hücum etmədi. Ondan sonra oyun bir qədər sönük keçdi. Ümumilikdə, baxımlı olmadı.
- Azərbaycanda çalışarkən, millimizin üzvlərinin hansı səviyyədə olduğunu görmüsüz. Ötən müddət ərzində futbolçularımızda irəliləyiş var?
- Azərbaycanın güclü olması aşağı yaş qrupları üzrə yığmalardan asılıdı. Əsas millinin heyətində neçə gəncin yer almasına baxmaq, həmçinin, aşağılarda neçə namizədin olmasını görmək lazımdı. Həmin futbolçuların növbəti illərdə əsas komandada oynamağa gücü çatır-çatmır, bunu da bilmək vacibdi. Onu müəyyən edəndən sonra Azərbaycan millisinin gələcəyi barədə danışmaq olar. Ölkənizdə uşaq futboluna böyük önəm verilməsi çox gözəl haldı. Millinizin uğurlu nəticələr əldə etməsi üçün vaxt lazımdı. Azərbaycan klubları avrokuboklarda qrupa vəsiqə qazansa, bu, birbaşa millinin də çıxışına təsir edəcək.
- Türkiyə pley-offda iştirak etmək hüququ qazandı. Azərbaycanı evdə güclə udan komandanız final mərhələsinə vəsiqə qazana biləcəkmi?
- Gəlin, Azərbaycan yığmasının oyununa kölgə salmayaq. Sona qədər mübarizə apardılar. Bu, həmin komandadı ki, Türkiyəni evdə yendi və Belçikayla heç-heçə etdi. Ona görə də millinizə qiymət verirəm. Digər tərəfdən, 1:0 bizi qane edirdi. Final mərhələsinə vəsiqə qazanmağımıza, bunun öhdəsindən gələ bilərik. Pley-off qarşılaşmaları noyabrda baş tutacaq. Ona qədərsə futbolçularımız həm fiziki, həm də oyun baxımından tam hazır olacaqlar. Zədəli oyunçularımız onadək sağalacaq.
- Rəqibiniz Xorvatiya Türkiyə üçün heç də arzuolunan rəqib deyil...
- Amma belə məqamlarda komandamız toparlanmağı və gücünü göstərməyi bacarır. Digər komandalar üçün də pley-off qarşılaşmaları çətin olacaq. Xorvatiyanı yaxından tanıyırıq. Sonuncu dəfə Avropa çempionatında qarşılaşmışıq. Kimin vəsiqə qazanacağını bu gün demək olmaz.
- Berti Foqtsun millimizlə müqaviləsi başa çatır. Azərbaycan futboluna bələd bir mütəxəssis kimi necə düşünürsüz: onunla müqavilənin yenilənməsi futbolumuza xeyit verərmi?
- Foqtsun işini müzakirə edə bilmərəm. Aşağı yaş qruplarında futbolçu yetişməsə, Azərbaycan millisinin uğurlu nəticə əldə etməsi mümkün olmayacaq. AFFA klublarla işini elə qurmalıdı ki, Premyer Liqada yeni oyunçular üzə çıxsın. Gənclər klublarında oynamasa, onlar gələcəkdə milliyə xeyir verə bilməyəcək. Ölkə çempionatında şans almalıdılar ki, özlərini göstərsinlər. Oynamayan futbolçudan heç nə tələb edə bilmirsən. Mən “Bakı”ya gələndə, məşq etməyə meydança yox idi. Hafiz bəy sağ olsun. O, bazada təbii meydança saldırdı, futbolçuların məşqdən sonrakı rahatlığı üçün hər cür şərait yaratdı. “Bakı”nın şəraiti hər klubda olsa, onlar da irəli gedər. O cümlədən, milli üçün yeni oyunçular üzə çıxar.
- Türkiyənin Bakıda yenilməsi sizin üçün sürpriz olmamışdı?
- Matçdan əvvəl demişdim ki, Azərbaycan evdə yaxşı oynayır. Futbolda bəxt amili də var. Həmin oyunda komandamızın qol vurmaq şansları çox idi. Vura bilmədik. Nəticədə Azərbaycan künc zərbəsindən qol vurdu. Bəzən futbolda belə şeylər olur.
- “Bakı”dan ayrılandan sonra heç yerdə çalışmırsız. Təklif gəlmir?
- Azərbaycandan sonra çoxlu təkliflər gəldi. Superliqadan və başqa ölkələrdən. Amma gələn təkliflər düşündüyüm kimi deyildi. Hansısa komandanın mənə ehtiyacı varsa, onda təklif və şərtlərimi qəbul etməlidi. Əks halda, razılıq verməyəcəm.
- Belə çıxır ki, “Bakı” kimi iddialı komanda tapa bilmirsiz?
- Mənim üçün heç bir problem yoxdu. Elə indi də təkliflər gəlir. Heç yerdə altı ay işləmərəm. Ən azından üç illik müqavilə təklif edən komandanı çalışdıraram. “Bakı”ya gələndə də məqsədim komandanı uzun illər çalışdırmaq idi. Belə bir plan qurmuşduq ki, üç il müddətində Avropa Liqasının qrup mərhələsinə çıxmalıyıq.
- Keçmiş klubunuzun hazırkı durumu ilə bağlı nə deyə bilərsiz? “Bakı”nın oyunları və əldə etdiyi nəticələrlə maraqlanırsız?
- Orda işlədiyim üçün komandanı müzakirə etmərəm. “Bakı”nın çox hörmət bəslədiyim prezidenti var. Hafiz Məmmədov gözəl insan və hörmətli rəhbərdi. Bizə həmişə dəstək verdi. Bunun nəticəsində də kuboku qazandıq. Uzun müddət “Bakı”da işləsəydim, bundan daha yaxşı nəticələr əldə edərdik. “Bakı”nın oyunlarını çox da izləyə bilmirəm. Sadəcə, nəticələrinə baxıram. Orda dostlarım var, onlarla danışanda, maraqlanıram.
- Bildiyimizə görə, klub rəhbərliyi ilə münasibətiniz hələ də var...
- Millidə 100-dən artıq matç keçirdiyimə görə UEFA mənə mükafat verdi. Almaniya matçından öncə stadionda. Bu münasibətlə Hafiz müəllim mənə təbrik mesajı göndərdi.
- Azərbaycanda növbəti dəfə çalışmağınız mümkündü?
- Əlbəttə, işləmək istəyərəm. Amma bilim ki, mənim təklif və şərtlərimi yerinə yetirəcəklər. Bunu qəbul etsələr, razılıq verərəm. Olmazsa, danışmağın bir mənası yoxdu. Hafiz bəylə tez-tez danışıram. Nə zaman məni dəvət etsə, yenidən komandasına kömək etməyə hazıram. Mən həmişə “Bakı”nın irəliyə getməsini və uğur qazanmasını istəyirəm. Çünki orada işləyib, gözəl dostlar qazanmışam. İnşallah, çempion olarlar. Tək düşündüyüm “Bakı”nın uğur qazanmasıdı. Çünki komandanın qarşıdakı 3 illik hədəfləri arasında Avroliqada qrur mərhələsinə qalmaq var. Bu, təkcə “Bakı”nın yox, bütün Azərbaycan klublarının məqsədidi. İnşallah, “Bakı” da bu arzusuna çatar. Azərbaycan klubları avrokuboklarda qrur mərhələsinin ab-havasını görməlidilər. Düzdü, Çempionlar Liqasında bu, hələlik çox çətindi. Ancaq Avroliqada bacarmaq olar. Belədə Azərbaycan futbolu da inkişaf edər.

0
0