Ueyn Runi 3 oyunluq cəzalandırıldı
14.10.2011 - 08:41
İngiltərə milli komandasının və “Mançester Yunayted” klubunun futbolçusu Ueyn Runi Avro-2012-nin final mərhələsində oynamaya bilər. Apasport.az saytının məlumatına görə, buna UEFA Nizam İntizam Komitəsinin qərarı səbəb olub. Belə ki, qurum seçmə mərhələnin Çernoqoriya ilə oyununda aşkar kobudluq edən hücumçuya ağır cəza verib.
Oyunun sonuna 15 dəqiqə qalmış Miodraq Cudoviçin ayağına arxadan zərbə endirən Runi 3 oyunluq cəzalandırılıb. Bu isə o deməkdir ki, o, Polşa və Ukraynada təşkil olunacaq final mərhələsinin qrup oyunlarında iştirak edə bilməyəcək. Ueynin Avro-2012-də meydana çıxması üçün İngiltərə yığması 1/4 finala vəsiqə qazanmalıdır. Lakin qrup mərhələsində oynamayacaq futbolçunun ümumiyyətlə sifariş vərəqindən kənar qalıb Polşa və Ukraynaya aparılmamağı da mümkündür.

0
0