Rayan Giqqz qadınların savaşında
14.10.2011 - 09:08
“Mançester Yunayted” klubunun əfsanəsi Rayan Giqqz xoşagəlməz hadisənin şahidi olub. Apasport.az saytının məlumatına görə, Uels milli komandasının sabiq futbolçusu həyat yoldaşı ilə keçmiş sevgilisinin söz savaşını izləyib. Belə ki, xanımı Steysi ilə şəhəri gəzməyə çıxan Rayan təsadüfən Nataşa ilə görüşüb. Həyat yoldaşının 8 illik gizli sevgilisini görən Steysi küçə söyüşləri ilə gözəlçəni təhqir edib. Qadınların çəkişməsini izləyən Giqqz xanımını avtomobilə mindirib hadisə yerindən uzaqlaşmağı alzım bilib. Qalmaqal zamanı özünü soyuqqanlı aparan Nataşa isə sonradan öz internet səhifəsində “rəqib”ini “axmaq toyuq” adlandırıb.
0
0