Rumınlar “Xəzər Lənkəran”ın qarşısına şərt qoya bilmədi
14.10.2011 - 09:58
Rumıniya yığmasının sabiq futbolçusu İonel Dançuleskunun “Xəzər Lənkəran”a transferinin baş tutmamağının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçunun çıxış etdiyi Buxarest “Dinamo”su Lənkəran təmsilçisinin qarşısına şərt qoymaq istəyib.
Rumıniyalılar İonelin vətənə qayıdacağı halda, yalnız “Dinamo”ya qayıtması ilə bağlı şərtin müqavilədə əks olunmasını tələb edib. Lakin Mirça Rednikin baş məşqçisi olduğu “Xəzər Lənkəran” bundan boyun qaçırıb.
Qeyd edək ki, millidə 8 oyun keçirən İonel vətənində “Styaua” və “Dinamo” kimi klublarda oynamaqla yanaşı, İspaniyada da legioner həyatı yaşayıb. O, 2009/10 mövsümündə aşağı dəstədə uğurla çıxış edib, Primeraya yüksələn “Erkules”in bu uğuruna 10 qolla töhfə verib.

0
0