Musayev xəstələndi, PFL əvəzləyici tapdı
14.10.2011 - 10:13
Musayev xəstələndi, PFL əvəzləyici tapdı
Premyer Liqanın IX turunun təyinatlarında hakim dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək “Turan” – AZAL oyununda köməkçi hakim Elman Musayev Rahil Ramazanovla əvəzlənib. Buna Musayevin xəstəliyi səbəb olub.

Qeyd edək ki, Tovuzdakı oyunun baş hakimi Ramil Diniyev olacaq.