Azərbaycan futbolçuları “Breşiya”ya qarşı
14.10.2011 - 10:28
İtaliyanın Verona şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının (U-17) ilk yoldaşlıq oyunundakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri İtaliyanın “Breşiya” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüş oktyabrın 15-də baş tutacaq. Matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
0
0