Rumıniya və Azərbaycan azarkeşlərinin eyni dərdi
14.10.2011 - 10:55
Avro-2012-nin seçmə mərhələsinin sonunda Azərbaycan və Rumıniya futbolunda oxşar problem yaşanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-də keçirilən Türkiyə - Azərbaycan matçı kimi, rumınların da Albaniya ilə səfər oyunu telekanalların biganə münasibətinin qurbanı olub.
Belə ki, səfər matçını heç bir Rumıniya kanalı yayımlamayıb. Necə ki, ölkəmizdə yığmamızın oyunu diqqətdən kənarda qalmışdı.
Lakin artıq belə hallara öyrəncəli olan bizim azarkeşlərdən fərqli, rumıniyalılar üçün bu nadir hadisədir. Belə ki, canlı yayım üçün cəmi 50 min avro tapmayan telekanalları tənqid edən həmkarlarımız son 20 ildə cəmi 4 matçın yayımlanmadığı faktını da ortaya qoyublar.
Maraqlıdır ki, bu 4 matçdan biri Bakıda baş tutub. 1999-cu ildə keçirilən və qonaqların 1:0 hesabı ilə qalib gəldiyi görüşə rumıniyalı teleşərhçilər gəlsə də, texniki problem üzündən qarşılaşmanı yalnız Azərbaycanda yayımlamışdılar. Bundan başqa, 1991-ci ildə San-Marino, 1997-ci ildə İrlandiya ilə səfər matçları da rumın azarkeşlərə göstərilməmişdi.

0
0