Xorvatiyalı futbolçu Türkiyəyə “sataşdı”
14.10.2011 - 11:08
Xorvatiyalı futbolçu Türkiyəyə “sataşdı”
Xorvatiyalı futbolçu Eduardo da Silva Avro-2012-in final mərhələsinə düşmək uğrunda rəqibləri olan Türkiyə millisindən danışıb. Apasport.az saytının məlumatına görə, Donetsk “Şaxtyor”unda oynayan milliləşdirilən braziliyalı hücumçu “ay-ulduzlular”ı zəif rəqib sayıb.

Hətta Estoniya millisini Qus Hiddinkin çalışdırdığı yığmadan üstün tutan Eduardo bildirib ki, Türkiyəyə qarşı oynamaq Estoniyaya qarşı mübarizə aparmaqdan daha yaxşıdır.

Qeyd edək ki, 16 yaşında Rio-de-Janeyrodan Zaqrebə köçən da Silva Xorvatiya vətəndaşlığını qəbul edib. Bu ölkənin yığmasında 42 oyunda 22 qol vuran hücumçu Xorvatiyanın əfsanəvi futbolçusu olan Davor Şükerdən sonra 2-ci bombardirdir.