“Türkiyə yığması Azərbaycanla oyunda çox əziyyət çəkdi”
14.10.2011 - 11:33
“Türkiyə ilə oyunumuz çox çətin olacaq. Rəqibimiz çox yaxşı bir komandadır. Ancaq bununla belə, son matçlarda yaxşı təsir bağışlamırlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xorvatiya millisinin sabiq futbolçusu Stepan Tomas deyib.
Uzun illər Türkiyədə oynayan müdafiəçi 4 komandanın şərəfini qoruyub ki, onlardan ikisi əzəli rəqiblər – “Fənərbaxça” və “Qalatasaray”dır.
Avro-2012-yə çıxmaq uğrunda pley-off mərhələsinin püşkünü dəyərləndirən Tomas milli komandasının Türkiyə ilə görüşdə işinin asan olmayacağını düşünür.
Azərbaycan millisinin “Türk Telekom Arena”dakı oyununu izləyən Stepan “ay-ulduzlular”ın hazırkı çıxışını qənaətbəxş saymır: “Son oyunlarda mənim bildiyim, alışdığım yığma meydanda yox idi. İzlədiyim Almaniya ilə görüşdə yalnız 30 dəqiqə oynadılar. Türkiyə yığması Azərbaycanla oyunda da çox əziyyət çəkdi. Yaxşı bir heyətləri var, ancaq Almaniya və Azərbaycanla görüşlərdə əvvəlki səviyyəsindən çox uzaq idi. Ancaq hər şeyə rəğmən, ilk oyunun Türkiyədə olmağı Xorvatiya üçün ən böyük üstünlükdür. Əgər 1 qol vursaq, cavab oyununda böyük üstünlük qazanacağıq. Ancaq dolu tribunalar qarşısında atmosferi nəzərə alsaq, çətin olacaq. Mən Türkiyədə belə matçları çox oynamışam və hansı atmosferin olacağını təxmin edirəm. Türkiyə ilk 20 dəqiqədə sürətli başlayıb, qol vurmağa çalışacaq. Xorvatlar bu təzyiqi adlamalıdırlar”.
Millisinin qələbəsinə ümid edən xorvatiyalı futbolçu baş məşqçi Slaven Biliçin son şansının olduğunu düşünür: “Xorvatiya yığması çox pis oynayır. Qrup matçlarında sürpriz məğlubiyyətlər aldılar. Ölkəmizdə Biliçdən məmnun deyillər, onu sıx çək-çevir edirlər. Biliç belə bir durumu adlamaq və rahatlamaq üçün mütləq yığmanı Avro-2012-yə götürməlidir. Bu matç onun üçün həlledici olacaq. Qazanarsa, işinə davam edəcək. Əgər uduzarsa, komandanın başında qalmağı çox çətin olacaq”.

0
0