Azərbaycan yığması – Avropa 25-ci
14.10.2011 - 12:18
Azərbaycan yığması – Avropa 25-ci
Avro-2012-nin seçmə mərhələsinin oyunlarını stadiondan 5 milyona yaxın azarkeş izləyib. Apasport.az saytının məlumatına görə, baş tutan 239 qarşılaşmada 4 milyon 920 min 71 seyrçi qeydə alınıb. Bu isə hər matçda orta hesabla 20586 tamaşaçının olmasını göstərir.

Azərbaycan yığmasının 5 ev oyununu ümumilikdə 83770 tamaşaçı izləyib. Bu rəqəmin daha böyük olmamasında Avstriya ilə son ev matçının Respublika stadionunda deyil, təxminən 5 dəfə kiçik “Dalğa Arena”da keçirilməsinin də rolu böyükdür. Bu üzdən orta tamaşaçı sayı 16754 olub. Hərçənd, son matç öncəsi bu rəqəm təxminən 3 min nəfər artıq idi.

Bu göstərici millimizə seçmə mərhələdə 25-ci olmaq imkanı verib. Pley-off iştirakçılarından Çexiya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Estoniya da yığmamızdan geri qalıb.

Qeyd edək ki, seçmə mərhələdə ən çox tamaşaçı toplayan yığma İngiltərədir. Dünya və Avropa çempionu İspaniyanın az qala Azərbaycan yığması səviyyəsində olması isə matçlarının kiçik şəhərlərin stadionlarında oynamasıdır. Onlar rəqiblərini Salamanka, Qranada, Loqrono və Alikante şəhərlərində qəbul ediblər.

yerMilli komandaTamaşaçı sayıoyunOrta hesabla
1İngiltərə308 464477 116
2Fransa 324 110564 822
3Almaniya 267 640553 528
4Şotlandiya174 007443 502
5Türkiyə 213 420542 684
6Hollandiya 204 926540 985
7İrlandiya204 574540 915
8Avstriya 189 000537 800
9Belçika174 285534 857
10Rusiya 164 385532 877
11Gürcüstan160 746532 149
12Portuqaliya119 761429 940
13İsveç 144 125528 825
14Rumıniya113 723428 431
15Danimarka109 629427 407
16Uels103 531425 883
17Norveç85 234421 309
18İsveçrə100 317520 063
19Belarus 97 854519 571
20İspaniya76 320419 080
21İtaliya76 180419 045
22Macarıstan92 291518 458
23İsrail 88 403517 681
24Yunanıstan87 195517 439
25AZƏRBAYCAN83 770516 754
26Xorvatiya83 457516 691
27Finlandiya80 617516 123
28Serbiya78 878515 776
29Bosniya və Herseqovina74 000514 800
30Şimali İrlandiya70 335514 067
31Sloveniya68 868513 774
32Çexiya52 360413 090
33Qazaxıstan 63 300512 660
34Bolqarıstan47 972411 993
35Makedoniya 58 100511 620
36Ermənistan57 903511 581
37Albaniya56 646511 329
38Monteneqro41 032410 258
39Moldova 48 33459 667
40Slovakiya38 49757 699
41İslandiya28 80047 200
42Kipr 27 58846 897
43Estoniya33 63756 727
44Malta 30 62456 125
45Latviya27 80755 561
46Litva 21 92845 482
47Lüksemburq22 18054 436
48Lixtenşteyn16 17744 044
49Farer adaları12 11152 422
50San-Marino 10 92052 184
51 Andorra 4 1105822
 CƏMİ4 920 07123920 586