“İspaniya və Braziliya ilə yanaşı, Azərbaycan yığması da çox güclüdür”
14.10.2011 - 13:17
“İspaniya və Braziliya ilə yanaşı, Azərbaycan yığması da çox güclüdür”
“Əlbəttə ki, futzalda ən güclü milli komandalar İspaniya və Braziliyadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrə millisinin futzalçısı Daniel Moharoviç deyib.

“Luqano” klubunun üzvü vətənində verdiyi geniş müsahibədə ölkəsində o qədər tanınmayan idman növünün ən yaxşıları haqda danışıb.

İsveçrəlilərə futzalın ən güclüləri haqda məlumat verən Moharoviç Avropa çempionatının 4-cüsü olan Azərbaycan milli komandasının da adını çəkməyi vacib sayıb: “Lakin onlarla yanaşı, Rusiya, İran və Azərbaycan yığmaları da çox güclüdür. Bu komandalar reytinq siyahılarında da yüksək pillələrdə qərarlaşıblar.

Düzdür, Azərbaycan yığması milliləşən braziliyalılarla buna nail olub. Elə DÇ-2012-ni qəbul edəcək Tailand yığması da kifayət qədər gücə malikdir”.