Fərqli məkanda derbi və ya Abdullayev üçün çətin sınaq
14.10.2011 - 13:28
Milli komandanın oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan 2 həftəlik fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək 1 görüşlə çempionatda IX tura start veriləcək.
Tovuzdakı matçı köhnə tanışlar - Abdullayevlərin görüşü kimi də xarakterizə etmək olar. Çünki “Turan”ın baş məşqçisi Əsgər Abdullayevlə AZAL-ın çalışdırıcı Elxan Abdullayev vaxtilə yığmada birgə işləyiblər. Oyunun prinsipiallığını artıran əsas məqam “Turan”ın çalışdırıcısının yaxşı tanıdığı komanda ilə görüşməsidir.
Ə.Abdullayev AZAL “Olimpik”, “Olimpik-Şüvəlan” adlanan dövrlərdə 3 ildən artıq bu komandanın baş məşqçisi oldu. “Təyyarəçilər” çempionatda yeganə uğurunu – 2008-ci ildə gümüş medalı bu mütəxəssisin rəhbərliyi altında qazanıb, ilk dəfə avrokuboklara çıxdı. Ancaq 2009/10 mövsümünün ilk dövrəsindən sonra Əsgər bəy uğursuz çıxışa görə istefaya göndərildi.
Onu əvəzləyən Nazim Süleymanov Avroliqada “Minsk”lə səfər oyunundakı məğlubiyyətdən sonra istefa verdiyindən, Ə.Abdullayevin sələfi ilə görüşü baş tutmayacaq. AZAL mövsümə yaxşı başlasa da, sonradan xal itkiləri sayəsində 9-cu pilləyə düşüb. 11-ci yerdə olan “Turan” qalib gələrsə, rəqibi ilə xallarını bərabərləşdirib, şəxsi oyunda onu üstələyəcək.
Turun mərkəzi oyunu bazar günü keçiriləcək. 2-ci və 3-cü pillənin sahibləri “Neftçi” ilə “İnter” Bakı derbisində üzləşəcək. Bununla da son 2 mövsümün çempionu hazırda kimin güclü olduğunu müəyyənləşdirəcək. Ancaq “Neftçi”nin bu dəfəki ev oyunu Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq. Çünki mərkəzi arena uzun müddətə təmirə bağlanıb və “ağ-qaralar” xeyli fasilədən sonra İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ev oyununa çıxacaq.
“İnter” ötən tur lider “Xəzər Lənkəran”ı yenməklə, çempionluq uğrunda mübarizəni daha da qızışdırdı. Nəticədə turnir cədvəlinin yuxarısında sıxlıq yaranıb və komandalar arasında xal fərqi elə də böyük deyil.
“Xəzər Lənkəran” son oyunlarda inamlı təsir bağışlayan “Simurq”u qonaq edəcək. “Ağ-yaşıllar” cari mövsümdəki ilk məğlubiyyətdən sonra azarkeşləri qarşısında həm onları sevindirməyə, həm də ötən turdakı nəticəyə görə bəraət qazanmağa çalışacaq.
Debütantlar “Sumqayıt Şəhər”lə “Rəvan” çətin ev oyunlarına çıxacaqlar. “Qarabağ”la “Bakı” turnir cədvəlində qonşudurlar və səfər matçlarından qalib ayrılmaqla, xallarını artırmaq istəyirlər. Ancaq “Rəvan”ın son oyunlarda çıxışını nəzər salsaq, “Qarabağ”ın işi çətin olacaq.
Bakılılar Bəhmən Həsənovun istefasından sonra baş məşqçi postuna gətirdiyi Vladislav Qədirovun rəhbərliyi altında hər 2 matçda qalib gəldi. Bunlar “Turan” və “Qəbələ” ilə səfər oyunları idi. İndi “Rəvan” Qədirovun rəhbərliyi altında Premyer Liqada ilk ev oyununda qələbə seriyasını davam etdirməyə çalışacaq. “Qarabağ” ötən tur “Turan”la “Dalğa Arena”da görüşdüyündən, ardıcıl 2-ci dəfə bu stadionda meydana çıxacaq. Ancaq ağdamlılar bu dəfə qonaq qismində çıxış edəcək.
“Qəbələ” son oyunlardakı uğursuz seriyaya son qoymaq əzmindədir. Arxada qalan 3 turda məğlubiyyətləri sıralayan Toni Adamsın komandası çətin rəqiblərdən sayılan “Kəpəz”i qəbul edəcək.
15 oktyabr
15:00. "Turan" - AZAL
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Fariz Yusifov
Tovuz. Şəhər stadionu
16 oktyabr
15:00. "Sumqayıt Şəhər" - "Bakı"
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Orxan Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
15:00. "Qəbələ" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Vaqif Musayev, Vüsal Əliyev
Qəbələ. Şəhər stadionu
15:30. "Neftçi" - "İnter"
Hakimlər: Elçin Məmmədov, İlham Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
17:00. "Rəvan" - "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ceyhun Haşımov
Bakı. "Dalğa Arena" stadionu
17:30. "Xəzər Lənkəran" - "Simurq"
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu
Bombardirlər: Sergey Artux (Turan), Yuri Fomenko (Kəpəz) – 4.

| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
|---|---|---|---|---|---|---|---|
| 1 | Xəzər Lənkəran | 8 | 6 | 1 | 1 | 13-5 | 19 |
| 2 | Neftçi | 7 | 5 | 0 | 2 | 11-5 | 15 |
| 3 | İnter | 8 | 4 | 2 | 2 | 6-5 | 14 |
| 4 | Qarabağ | 7 | 4 | 1 | 2 | 9-5 | 13 |
| 5 | Bakı | 8 | 3 | 3 | 2 | 8-6 | 12 |
| 6 | Kəpəz | 8 | 3 | 2 | 3 | 14-13 | 11 |
| 7 | Qəbələ | 8 | 3 | 2 | 3 | 9-10 | 11 |
| 8 | Rəvan | 8 | 2 | 3 | 3 | 10-11 | 9 |
| 9 | AZAL | 8 | 2 | 3 | 3 | 10-12 | 9 |
| 10 | Simurq | 8 | 2 | 2 | 4 | 7-10 | 8 |
| 11 | Turan | 8 | 2 | 0 | 6 | 7-13 | 6 |
| 12 | Sumqayıt Şəhər | 8 | 0 | 3 | 5 | 3-12 | 3 |

0
0