AFFA-dan görünməmiş rekord
14.10.2011 - 14:04
Ölkəmizdə futbolun təbliğatının gücləndirilməsi məqsədilə bir müddət əvvəl fəaliyyətə başlayan affatv.az saytının izləyiciləri günü-gündən artır. Apasport.az-ın məlumatına görə, AFFA-nın təşkil etdiyi tədbirlərin, müxtəlif yaş qruplarından ibarət yığma komandaların ölkə ərazisində və xaricdə keçirdiyi oyunların canlı yayımlandığı, həmçinin futbol tariximizlə bağlı maraqlı videomaterialların nümayiş etdirildiyi sayt artıq futbol azarkeşlərinin sevimli mənbəsinə çevrilib.
İlk gündən tamaşaçıların marağına səbəb olan affatv.az qısa zaman kəsiyində bir sıra rekordlara da imza atıb. Belə ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçirilmiş Azərbaycan – Belçika oyununu affatv.az saytı vasitəsilə 20 mindən artıq futbol həvəskarı izləyib. Bu isə Azərbaycanın idman saytları üçün görünməmiş göstəricidir.
Azərbaycan – Belçika oyunu affatv.az-da hansı ölkələrdən izlənib?

| Ölkə | İzləyici sayı | Ölkə | İzləyici sayı |
|---|---|---|---|
| Belçika | 4909 | Mərakeş | 88 |
| Türkiyə | 1706 | Slovakiya | 85 |
| Çin | 1581 | İsveçrə | 82 |
| Rusiya | 1492 | İsrail | 80 |
| Cənubi Koreya | 1450 | İspaniya | 75 |
| İtaliya | 1215 | Sinqapur | 74 |
| Tayland | 1015 | Kamboca | 74 |
| Almaniya | 1011 | Macarıstan | 65 |
| Yunanıstan | 895 | Portuqaliya | 63 |
| Fransa | 592 | Ermənitsan | 62 |
| Ukrayna | 460 | Moldova | 59 |
| Azərbaycan | 368 | Avstriya | 50 |
| Serbiya | 317 | Danimarka | 47 |
| Gürcüstan | 270 | Latviya | 44 |
| Bolqarıstan | 189 | Monteneqro | 41 |
| Rumıniya | 176 | Sloveniya | 38 |
| Albaniya | 174 | Kanada | 38 |
| İndoneziya | 173 | Yaponiya | 32 |
| Çexiya | 170 | Finlandiya | 30 |
| Bosniya və Herseqovina | 165 | Belarus | 30 |
| Polşa | 151 | Tayvan | 28 |
| Malayziya | 142 | Estoniya | 26 |
| Makedoniya | 141 | Malta | 24 |
| ABŞ | 126 | Avstraliya | 22 |
| Norveç | 116 | Kipr | 21 |
| Hollandiya | 114 | İrlandiya | 20 |
| Xorvatiya | 109 | Makao | 20 |
| Böyük Britaniya | 104 | Braziliya | 16 |
| Qazaxıstan | 99 | Litva | 14 |
| İsveç | 96 | Hindistan | 13 |
| Honqkonq | 94 | Cəmi: | 20.981 |
0
0