“Rəqiblər “Qarabağ”a qarşı xüsusi hazırlaşırlar” - FOTO
14.10.2011 - 15:12
“Rəvan”la oyun çətin keçəcək. Hər 2 komanda son 2 matçda qələbə qazanıb”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Admir Teli deyib.
Albaniyalı legioner Premyer Liqanın IX turunda “Rəvan”la baş tutacaq görüş barədə münasibət bildirib: “Rəqibimiz güclülərə qarşı əzmkar çıxış edir. Bizimlə oyun da istisna olmayacaq. Ümumiyyətlə, rəqiblər “Qarabağ”a qarşı xüsusi hazırlaşır. Ona görə də daha səylə çalışmalıyıq. Uzun müddətdir birlikdə deyildik. Bu bizə müəyyən anlamda problem yarada bilər. Amma təcrübəmizlə bu boşluğu aradan qaldırmalıyıq. 3 xalı qazanıb, qələbə seriyasını davam etdirmək istəyirik”.
Teli klubunun rəsmi saytına açıqlamasında milli komandasındakı çıxışına da toxunub: “Milli komandanın heyətində sonuncu oyunda Rumıniya ilə qarşılaşdıq. Qeydə alınan heç-heçəni normal qəbul edirəm. Belə götürsək, seçmə mərhələ mənim üçün yaxşı keçdi. Adətən oyunlarda start heyətində meydana çıxırdım. Millimiz isə turnirə uğurlu başlasa da, sonradan gerilədik. Artıq, baş verənləri unudub, gələcəyi fikirləşmək lazımdır”.
Qeyd edək ki, “Rəvan” – “Qarabağ” matçı oktyabrın 16-da keçiriləcək.

0
0