Yerli və əcnəbi məşqçilər arasında fərq
14.10.2011 - 15:29
Yerli və əcnəbi məşqçilər arasında fərq
Avro-2012-nin seçmə mərhələsi başa çatan kimi Azərbaycan yığmasının baş məşqçisinin adı ətrafında müzakirələrə start verilib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsla müqavilənin uzadılıb-uzadılmamağına qərar verilməmiş almaniyalı çalışdırıcının yerinə namizədlər ortaya çıxır. Lakin yığmada yerli, yoxsa əcnəbi mütəxəssisin çalışmalı olması məsələsinə nöqtə qoyulmur ki, qoyulmur.

Millinin seçmə mərhələlərdəki 17 illik çıxışına nəzər salıb, yerli və əcnəbi məşqçilər arasında fərqi görmək olar. Düzdür, Foqts Kazbek Tuayev və Əsgər Abdullayevin ən yüksək nəticəyə malik olduğu siyahıda üçüncüdür. Amma əcnəbilərin yerlilər üzərindəki üstünlüyü göz qabağındadır.

Ümumilikdə 88 oyunda, yəni mümkün 264 xaldan 37-ni - 14,07 faizini toplayan yığmamız gəlmələrlə daha yaxşı çıxış edib. Legioner baş məşqçilərlə komandamız 16 faizdən bir az artıq xal toplayıb: 87 mümkün xaldan 14 xal. Öz çalışdırıcılarımız isə bundan 3,1 faiz azına nail olublar – 12,99 faiz.

BAŞ MƏŞQÇİÖLKƏOYUN XAL%
Berti Foqts Almaniya20 12 20,00%
Karlos Alberto Torres Braziliya7 2 9,52%
Qyoko Hacıyevski Makedoniya2 0 0,00%
ƏCNƏBİLƏR 291416,09%
Kazbek Tuayev  5 4 26,67%
Əsgər Abdullayev  6 4 22,22%
Əhməd Ələsgərov  7 4 19,05%
İqor Ponomaryov  10 5 16,67%
Şahin Diniyev  10 5 16,67%
Vaqif Sadıqov  13 1 2,56%
Ağasəlim Mircavadov  8 0 0,00%
YERLİLƏR 5923 12,99%
CƏMİ 883714,02%