2 məğlubiyyətlə 20 pillə geri
14.10.2011 - 16:39
Oktyabrın 19-da rəsmən açıqlanacaq FİFA reytinqində hansı yığmanın neçənci yeri tutacağı məlumdur. Apasport.az saytının məlumatına görə, avropalı həmkarlarımızın qeyri-rəsmi hesablamalarına əsasən, ilk 3 pillədə dəyişiklik olmayacaq. İspaniya (1624), Hollandiya (1425) və Almaniya (1352) ön sıralardakı mövqelərini qoruyub.
5 gün sonrakı siyahıda geriləyən yığmalardan biri isə Azərbaycan milli komandası olmalıdır. Belə ki, son 1 ayda keçirdiyi hər 2 görüşdə uduzan yığmamız 20 pillə geriləyərək, 117-ci pilləyə enməlidir. Avstriyaya Bakıda 1:4, Türkiyəyə isə səfərdə 0:1 hesablı yenilgilər yığmamızın reytinqinin 94 xal azalaraq 265-ə düşməsi ilə nəticələnib. Bu da komandanın mövqeyinə təsirsiz ötüşməyib.

0
0