“Fənərbaxça”nın məşqində qalmaqal düşdü
14.10.2011 - 18:01
“Fənərbaxça”nın məşqində qalmaqal düşdü
Türkiyənin “Fənərbaxça” klubunun məşqində futbolçular arasında qalmaqal baş verib. Lent.az-ın məlumatına görə, hücumçu Semih Şəntürkün sol cinah oyunçusu Canər Erkin arasında münaqişə ikitərəfli oyun zamanı yaranıb.

Semih Canerin yaxşı ötürmə atmadığını və top itkisinə yol verdiyini bildirib. Ardından o, epizodların birində komanda yoldaşına qarşı sərt oynayıb. Nəticədə iki futbolçu arasında konflikt baş verib. Onlar hətta bir-biriləri ilə əl-qolla danışıblar. Münaqişəsinin böyüməsinə komanda yoldaşları imkan verməyib.