Millidən imtina edənlərin dərdi
15.10.2011 - 10:41
Gedənin arxasınca su atıb, “yaxşı yol” deyərlər
Hərbi xidmətdən imtinanın nə demək olduğunu yaxşı bilirsiz. Kimisi bunu hərbi hissəyə, döyüş mövqeyinə getmədən edir, kimisi isə səngərdə. Adı eyni olsa da, nəticəsi fərqli olur. Fərari olmaq doğrudan da çox pis şeydi. Dövlətin yürütdüyü siyasət nəticəsində Azərbaycanda hərbi xidmətdən imtina edənlərin sayı kəskin şəkildə azalıb. Rəsmi Bakı buna zor tətbiq etməklə, yaxud hərbi xidmətə gedənlərə şirnikləndirici vədlər verməklə nail olmayıb. Hökumət gənclərdə dövlətə, vətənə və ağsaqqallara inam, etimad və etibar etməklə böyük bir problemi çözə bilib.
Hərbi xidmətdən imtina halları azalsa da, fərarilik durmadan artır. Söhbət səngərdən qaçanlardan yox, millidən qaçanlardan gedir. Olduqca maraqlıdı ki, millinin düşərgəsini tərk edənlərin gətirdiyi məntiq qeyri-adilikləri ilə seçilir. Hamıya agahdı ki, hərbi hissənin başçısı tək olar. Agah olmayan odu ki, bizimkilər “siçan olmamış, çuval deşirlər”. Yəni, hər oyun qapısından 3-5 top buraxan komandanın üzvləri özlərini general hesab edirlər. “Utanmasan, oynamağa nə var?” deyib köhnə kişilər. Çəkilən bu məsəl dəyərini çoxdan itirib. İndiki zəmanədə, özəlliklə yığmanın düşərgəsində bu misalı “hərləyən” yoxdu. Uşaqlar həm utanır, həm oynayır, həm biabırçı şəkildə uduzur, həm də qabaqdakı şəxsləri borclu çıxarır.
Millidən imtinanın səbəbləri nədi? Yekəxanalıq, özündənrazılıq. Futbolçular doğru addım atırlar. Axı nə üçün 3-5 qol buraxan komandanın üzvləri bir ətək dollar qazanır? Layiqdilər? Deməli, günahkar özümüzük. Addımı atarkən, düşünməli idik. Biz isə hər şeyi əksinə edirik. Uduzan, xalqın üzünü qaraldan insanlara dəyər veririk. Nəticəsi göz qabağındadı.
Millidən imtinanın digər səbəbi isə baş məşqçi ilə bağlıdı. Çox güman ki, bəzi qüvvələr Berti Foqtsla müqavilə müddətinin uzadılmasını əngəlləmək üçün iğtişaşlar yaratmaqda maraqlıdılar. İmtinaların tsiklin son rübünə təsadüf etməsi bu ehtimalı daha da artırır. Əks təqdirdə, futbolçular tsiklin başlanğıc, yaxud ortasında analoji addımlar atardı. Axı Foqts ölkəyə gələrkən də indiki ağılda, indiki zəka və bacarıqda idi. Mənə ən ilginc gələn odu ki, Foqtsu cəmi bir neçə ay öncəyədək yığmanın əksər üzvləri tərifləyirdi. Onu “yetimlərin atası” sayırdılar. Futbol zəkasına həsəd apardıqlarını dilə gətirirdilər. İndi isə hər şey əksinədi. Təbii ki, bəziləri üçün.
Çıxış yolu hamıya məlumdu. Baş məşqçiyə qarşı çıxıb, nizam-intizamı pozan şəxsləri təkrar milliyə cəlb etməyin mənası yoxdu. Azı ona görə ki, Foqts da hər oyun 3-5 top buraxan komandaya aiddi, futbolçular da. Odu ki, Foqtsu kimlərinsə ayağına vermək gələcəkdə daha böyük fəlakətlərə yol aça bilər. Gedənin arxasınca su atıb, “yaxşı yol” deyərlər. Yalvarıb geri qaytarmaqla heç nə düzələsi deyil. Bu məsələdə AFFA rəhbərliyi qətiyyətli mövqe sərgiləməli, heç kimə güzəşt etməməlidi. Çünki gec-tez imtina edənlərin özləri gəlib üzr istəyəcək, federasiya binasının başına fırlanacaqlar. Bizdən başqa heç kimə lazım olmadıqlarına görə.
P.S. Futbolçulara verilən pulların azaldılmasını istəməzdim. Amma pulu ona layiq olan insanlara vermək lazımdı.
Rəşad Fərhadoğlu

0
0