“Qarabağ”ın daha bir futbolçusu zədələndi
15.10.2011 - 13:01
“Qarabağ”ın daha bir futbolçusu zədələndi
“Qarabağ” sabah keçiriləcək “Rəvan”la oyuna hazırdır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2 həftəlik fasilədən sonra start götürəcək Azərbaycan Premyer Liqasında debütantla qarşılaşacaq komanda hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.

Ağdam təmsilçisi bu gün yüngül çalışma keçəcək. Matçın baş tutacağı “Dalğa Arena”da 1 saat məşq edəcək komanda ardınca oteldə məskunlaşacaq.

“Rəvan”la oyunöncəsi “Qarabağ”da 3 itki var. Emin İmaməliyevin dekabra qədər sıradan çıxdığı məlum idisə, U-21-in Belçikayla oyununda zədələnən Qara Qarayevlə yanaşı, son məşqdə əzələsi dartılan Nderim Nedzipi də oyunda forma geyinməyəcək.

Əvəzində ilk turda sıradan çıxan Zaur Həşimov tam sağalaraq meydana çıxmağa hazırdır.

Qeyd edək ki, “Rəvan” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.